Neft qiymətləri cümə günü Yaxın Şərqdəki münaqişənin yeni eskalasiyası fonunda yenidən artıb.
Modern.az xəbər verir ki, bu vəziyyət ABŞ–İran atəşkəsinin pozulması riskini artırıb və Hörmüz boğazının tezliklə açılacağına dair ümidləri zəiflədib.
Brent neftinin fyuçersləri Londonun ICE Futures birjasında 1,29 dollar (1,29%) artaraq bir barel üçün 101,35 dollara yüksəlib. Cümə axşamı Brent 1,21 dollar (1,2%) ucuzlaşaraq 100,06 dollar olmuşdu.
WTI markalı neftin iyun fyuçersləri isə Nyu-York NYMEX birjasında elektron ticarətdə 1,05 dollar (1,1%) artaraq 95,86 dollara çatıb. Əvvəlki sessiyada bu müqavilə 0,27 dollar (0,28%) ucuzlaşaraq 94,81 dollar olmuşdu.
Dünən neft qiymətləri ABŞ və İranın münaqişənin həlli istiqamətində irəlilədiyinə dair siqnallar fonunda bir barel üçün 5 dollara qədər düşmüşdü.