Bolqarıstan parlamenti Rumen Radevi ölkənin yeni baş naziri seçib.
Modern.az xəbər verir ki, ötən ay keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn “Proqressiv Bolqarıstan” koalisiyasının lideri olan Radev, parlamentdə səsvermə nəticəsində baş nazir vəzifəsinə təsdiqlənib.
Səsvermə Bolqarıstan Xalq Məclisinin saytında canlı yayımlanıb.
Səsvermədə 124 deputat (“Proqressiv Bolqarıstan” koalisiyası) Radevin lehinə səs verib.
36 deputat (GERB–SDS bloku) bitərəf qalıb. 70 deputat isə əleyhinə səs verib (o cümlədən “Dəyişiklikləri Davam etdiririk”, “Hüquq və Azadlıqlar Hərəkatı”, “Dirçəliş” partiyaları və “Demokratik Bolqarıstan” koalisiyası)
Beləliklə, Radev parlamentdə çoxluq səsi ilə Bolqarıstanın yeni baş naziri seçilib.