Modern.az

Putin bu ölkələrin liderlərini təbrik etdi - SİYAHI

Putin bu ölkələrin liderlərini təbrik etdi - SİYAHI

Dünya

Bu gün, 13:50

Rusiya prezidenti Vladimir Putin alman faşizmi üzərindəki Qələbənin 81-ci ildönümü münasibətilə bir sıra ölkələrin liderlərinə və xalqlarına təbrik məktubları göndərib.

Modern.az xəbər verir ki, bu məktublar Rusiya prezidentinin rəsmi saytında dərc olunub.

Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya və Cənubi Osetiya rəhbərlərinə, eləcə də Gürcüstan və Moldova xalqlarına müraciət edib.

O, mesajında bildirib: “Bu gün atalarımızın və babalarımızın xatirəsini ehtiramla yad edirik; onlar cəbhədə çiyin-çiyinə döyüşərək və arxada çalışaraq, saysız-hesabsız itkilər və əziyyətlər bahasına nasist işğalçıları üzərində Qələbəni yaxınlaşdırıblar”.

Təbrik məktublarında Rusiya prezidenti xarici ölkələrin veteranlarına və arxa cəbhə əməkçilərinə səmimi minnətdarlıq ifadə edib, onlara möhkəm sağlamlıq, ruh yüksəkliyi və uzun ömür arzulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV