Maykl Ceksona qarşı yeni şok ittihamlar səsləndirilib.
Modern.az xəbər verir ki, bu ittihamlar “pop musiqisinin kralı” haqqında çəkilmiş yeni bioqrafik filmin yayımlanması fonunda media gündəmini sarsıdıb.
“60 Minutes Australia” proqramında çıxış edən Kascio ailəsinin üzvləri olan bacı-qardaşlar - uzun illər müğənnini müdafiə edən ailə - Ceksonun illərlə onları cinsi zorakılığa və psixoloji nəzarətə məruz qoyduğunu iddia ediblər.
Hazırda onlar Ceksonun mirasına qarşı iddia qaldıraraq əvvəlki mövqelərini tamamilə dəyişiblər.
“Dünyanın ən böyük superulduzu səninlə dost olmaq istəyəndə, sən həssas olursan və asanlıqla manipulyasiya edilirsən», - deyə Dominik Kascio verilişdə bildirib.
Bacı-qardaşların sözlərinə görə, Maykl Cekson 1980-ci illərdə onlara yaxınlaşıb, hədiyyələr, səfərlər və diqqətlə əhatə edib. Uşaqlar onu “mehriban əmi” kimi qəbul edib, müğənni ilə əyləncə parklarına və qapalı tədbirlərə gediblər.
“Bizə elə hiss etdirirdi ki, sanki onun ailə üzvləriyik, onun uşaqlarıyıq, onun hər şeyiyik”, - deyə Eddi Kascio bildirib.
Lakin indi onlar iddia edirlər ki, bu görüntünün arxasında illərlə davam edən manipulyasiya və zorakılıq gizlənib.
Kasciolar dəhşətli hadisələrin baş verdiyini deyirlər.
Eddi Kascio bildirib ki, Mayklın zorakılığı ilk öpüşdənm sonra başlayıb və daha ciddi hərəkətlər illərlə davam edib.
Dominik Kascio isə baş verənləri Ceksonun xüsusi “rituallar” adlandırdığı “oyunlar” kimi təsvir edib.
“O məni öz üzərinə uzadırdı… və bu, onun “bədən silkələmə» adlandırdığı şeyin başlanğıcı idi”, - deyə Dominik bildirib.
O, vəziyyətin zamanla daha da pisləşdiyini iddia edib: “Bu, öpüşlərə, oral seksə çevrildi… o məni “sevgi” ilə idarə edirdi”.
Dominikin bacısı Mari-Nikol da qalmaqallı iddialar irəli sürərək Ceksonun onu soyunmağa məcbur etdiyini və sərhədlərini alçaltdığını deyib.
“O daim deyirdi ki, bu normaldır”,- deyə o bildirib.
Kiçik qardaş Aldo isə ilk zorakılığın videooyun oynadıqları vaxt baş verdiyini deyib: “O sadəcə şortumu çıxardı və bunu etməyə başladı… və “səni sevirəm” deyirdi”.
Ailə üzvlərinin sözlərinə görə, Cekson onların davranışlarını idarə etmək üçün spirtli içkilər və dərmanlardan istifadə edib.
Bacı-qardaşlar həmçinin iddia edirlər ki, müğənni onlara polisə və valideynlərinə necə cavab verməli olduqlarını öyrədib ki, hər şeyi gizli saxlaya bilsinlər.
“O bizə qorxu aşılayırdı: onu həbs edəcəklər və bizim həyatımızı məhv edəcəklər”, - deyə Dominik bildirib.
Onlar deyirlər ki, illərlə Ceksonu müdafiə ediblər və hətta ictimai şəkildə ittihamları rədd ediblər, lakin “Leaving Neverland” sənədli filmi çıxdıqdan sonra mövqelərini dəyişiblər.
“Biz onun əsgərləri olmaq üçün proqramlaşdırılmışdıq”, - deyə Eddi Kascio bildirib.
Hazırda ailə iddia edir ki, onların məqsədi digər mümkün qurbanlara dəstək olmaqdır.
“Bədheybət o idi, biz yox”, - deyə Eddi bildirib.
Ceksonun mirasının nümayəndələri isə bu ittihamları rədd edərək onları sənətçinin adından qazanc əldə etmək cəhdi adlandırırlar. Hüquqşünaslar bildirirlər ki, Kascio ailəsi onillərlə müğənnini dəstəkləyib və əvvəllər heç vaxt bu cür iddialar irəli sürməyib.