Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin bu gün – çərşənbə günü yayımladıqları birgə bəyanatda ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarını pisləyiblər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və Çin liderləri bəyanatda bildiriblər ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas prinsiplərinin pozulmasıdır və bu, Yaxın Şərqdə sabitliyi ciddi şəkildə zəiflədir.
Həmçinin iki ölkə rəhbəri vurğulayıb ki, münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün tərəflər mümkün qədər tez dialoq və danışıqlara qayıtmalıdırlar.