ABŞ kəşfiyyat mənbələrinə istinad edilən xəbərə görə, İranın ali lideri Müctəba Xamenei hazırda təhlükəsizlik səbəbi ilə məxfi yerdə gizlənir və xarici dünya ilə əlaqəsini yalnız mürəkkəb bir xəbərçi şəbəkəsi vasitəsilə qurur.
Modern.az xəbər verir ki, bu barədə ABŞ mediasında yayılan məlumatda qeyd edilib.
İranın yüksək səviyyəli rəsmilərinin belə fövqəladə təhlükəsizlik tədbirləri səbəbindən Xamenei ilə birbaşa əlaqə qura bilmədiyi, bunun da ABŞ–İran arasında müharibəni dayandırmağa yönəlmiş danışıqları yavaşlatdığı bildirilib.
Adı açıqlanmayan bir ABŞ rəsmisi bu barədə deyib: “Danışıqlarda davamlı olaraq “ali lider çərçivəni təsdiqlədi” və ya “yekun razılaşma maddələri üçün cavab gözləyirik” kimi ifadələrin eşidilməsinin səbəbi budur. Ona çatan hər məlumat köhnəlmiş olur və verdiyi cavablarda ciddi gecikmə yaranır”
Bundan əlavə, İran rejiminin yüksək səviyyəli komanda heyətinin də həftələrlə sığınacaqlarda qaldığı və aşkar olunma riski səbəbilə bir-biri ilə əlaqə qurmaqdan çəkindikləri iddia edilib.
Adı açıqlanmayan digər bir rəsmiyə görə, İran rəhbərliyindəki bu kommunikasiya pozuntusu səbəbində onlar “tamamilə yorulmuş vəziyyətdədirlər”.
Xatırladaq ki, Müctəba Xamenei fevralın 28-də ABŞ-İsrail koalisiyasının hava hücumu nəticəsində ağır xəsarətlər alıb. İran rəsmiləri onun yaralarının sağaldığını iddia edirlər.