Modern.az

Mirzoyan Medvedevə cavab verdi

Mirzoyan Medvedevə cavab verdi

Dünya

Bu gün, 14:28

Ermənistan Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələrin pozulmasında maraqlı deyil.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O qeyd edib ki, Ermənistan Rusiya ilə təbii münasibətlərin qorunub saxlanılmasını istəyir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın məzuniyyətdə olan baş naziri Nikol Paşinyanın addımlarının Ermənistanın Rusiya, Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə təhlükə yaratdığını bildirmişdi.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı