Modern.az

Köçəryan Rubionun İrəvan səfərinə qəzəbləndi 

Köçəryan Rubionun İrəvan səfərinə qəzəbləndi 

Dünya

Bu gün, 17:30

Ermənistanın sabiq prezidenti Robert Köçəryan ABŞ dövlət katibi Marko Rubionun İrəvana planlaşdırılan səfəri ilə bağlı sərt açıqlamalar verib.

Modern.az xəbər verir ki, O, Vaşinqtonun Ermənistanda real maraqlarının olmadığını və bu səfərin əsas məqsədinin Rusiyaya qarşı növbəti təzyiq addımı olduğunu bildirib.

"ABŞ-ın əsas hədəfi Ermənistan-İran sərhədinə nəzarəti ələ keçirmək və Rusiyaya zərər vurmaqdır. ABŞ tərəfinin başqa ciddi motivləri yoxdur”,-deyə Köçəryan vurğulayıb.

Müxalifət lideri Marko Rubionun səfərini eyni zamanda Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə kimi qiymətləndirib:

“Məndə belə təəssürat yaranır ki, ABŞ dövlət katibinin Ermənistana səfəri seçkiqabağı kampaniyanın bir hissəsidir”.

Qeyd edək ki, Marko Rubio mayın 26-da Ermənistanda səfərdə olacaq. O, burada xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı