Modern.az

Merkel illər sonra səssizliyini pozdu - FOTO

Merkel illər sonra səssizliyini pozdu - FOTO

Dünya

Bu gün, 14:22

Ukraynadakı münaqişə 10 ildən sonra başa çatmalıdır.

Modern.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel WDR 1LIVE kanalının efirində bildirib.

“Ümid edirəm ki, 10 ildən sonra müharibə başa çatacaq. Və bu, Ukraynanın müstəqil, azad və suveren dövlətə çevrilməsi ilə nəticələnəcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Avropada Rusiya ilə mümkün danışıqlarda vasitəçi rolunu oynaya biləcək namizədlərlə bağlı müzakirələrin davam etdiyi məlum olub. Lakin əsas problem Avropa İttifaqı ölkələrinin vahid namizəd ətrafında razılığa gələ bilməməsidir.

Müzakirə olunan şəxslər arasında Angela Merkel, Finlandiya Prezidenti Aleksandr Stubb və İtaliyanın sabiq baş naziri Mario Draghiın adı çəkilir.

Bununla belə, Merkel Rusiya ilə Avropa İttifaqı arasında danışıqlarda vasitəçi olmaqdan imtina edib. Onun fikrincə, Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı təmaslar fəaliyyət göstərən dövlət və hökumət başçılarının vəzifəsi olaraq qalmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı