Modern.az

ABŞ Braziliyanı cəzalandıracaq 

ABŞ Braziliyanı cəzalandıracaq 

Dünya

Bu gün, 09:12

ABŞ Prezidenti Donald Trampın administrasiyası Braziliyadan idxal olunan bir çox məhsula 25%-lik yeni cəza rüsumu təklif edib. 


Modern.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nümayəndəliyi (USTR) məlumat yayıb. Cəzanın səbəbi kimi Brazilyanın rəqəmsal ticarət və qanunsuz meşə qırılması sahəsindəki ədalətsiz fəaliyyəti ilə əsaslandırılıb.


Bundan əlavə, "Maddə 301" çərçivəsində tətbiq edilən tədbirlər elektron ödəniş, əqli mülkiyyət və etanol bazarı kimi sahələri də əhatə edir. Lakin mal əti, qəhvə, nadir metallar və təyyarə hissələri yeni tariflərdən istisna olunub. Bu rüsumlar ötən il tətbiq edilmiş 50%-lik tarifləri qismən əvəz edəcək. 


Xatırladaq ki, əvvəlki rüsumun 40%-i Braziliyanın sabiq prezidenti və Trampın müttəfiqi olan Jair Bolsonarunun məhkəmə tərəfindən təqib edilməsinə cəza olaraq qoyulmuşdu.


Töhfə Səməd

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV