Modern.az

Avropa İttifaqı Ermənistana pul ayırdı

Avropa İttifaqı Ermənistana pul ayırdı

Dünya

2 İyun 2026, 16:52

Avropa İttifaqı (Aİ) Ermənistana viza rejiminin liberallaşdırılması prosesinə dəstək məqsədilə 2,2 milyon avro vəsait ayıracaq. 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, sözügedən vəsait iyunun 1-dən start götürən "Ermənistanda sərhədlərin idarə edilməsi, sənədlərin təhlükəsizliyi və hüquq-mühafizə orqanlarının islahatları sahəsində viza rejiminin liberallaşdırılması üzrə dialoqa dəstək" proqramı çərçivəsində xərclənəcək.

Qeyd edək ki, Aİ-nin maliyyə dəstəyi ilə icra olunan bu layihə Litva tərəfindən həyata keçirilir.

Töhfə Səməd

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab