Modern.az

ABŞ Livanla bağlı PLAN HAZIRLADI

ABŞ Livanla bağlı PLAN HAZIRLADI

Dünya

Bu gün, 01:29

Livan və İsrail nümayəndə heyətləri Vaşinqtonda başlayan sülh danışıqlarının dördüncü raundu zamanı mərhələli deeskalasiya planını müzakirə ediblər.

Modern.az xəbər verir ki, bu barədə "Janoubia" portalı məlumat yayıb.

ABŞ-nin təklif etdiyi plan 60 günlük müddət üçün nəzərdə tutulub. Bu müddət ərzində İsrail qoşunları tədricən Livan ərazisindən çıxarılacaq. Eyni zamanda, Livan ordusu və BMT-nin Livandakı müvəqqəti sülhməramlı qüvvələri atəşkəsin pozulmasının və tammiqyaslı hərbi əməliyyatlara qayıtmasının qarşısını almaq üçün cənub bölgələrinə yerləşdiriləcək.

Portalın Vaşinqtondakı diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ danışıqlarda dərhal irəliləyiş gözləmir, lakin tərəflər arasında etimadı bərpa etməyin yolu kimi birgə addımların razılaşdırılmasını görür.

Livan tərəfi Hizbullahın silahsızlaşdırılmasının Livan dövlətinin daxili məsələsi olduğunu və danışıqlar üçün şərt ola bilməyəcəyi bəyan edib. Beyrut hesab edir ki, bu məsələ ilə bağlı ciddi siyasi müzakirələr yalnız İsrail qoşunlarının Livandan tamamilə çıxarılmasından sonra başlaya bilər.

Baş nazir Nəvaf Salam daha əvvəl münaqişənin diplomatik yolla həllinə sadiqliyini bir daha təsdiqləyib. Siyasətçi hökumət ofisi tərəfindən yayımlanan açıqlamada bildirib ki, Livan xalqı üçün danışıqlar ən yaxşı və ən az xərc tələb edən seçimdir, bu da işğala son qoyacaq və cənubluların evlərinə qayıtmasına imkan verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin ŞƏRT QOYDU - Paşinyan bunu rədd etdi - Gündəm Masada - Media Turk TV