Modern.az

ABŞ geri çəkildi, Avropa Rusiya ilə dialoqa başlayır

ABŞ geri çəkildi, Avropa Rusiya ilə dialoqa başlayır

Dünya

Bu gün, 15:30

"Ukrayna böhranının həlli istiqamətində Avropa ilə Rusiya arasında dialoq imkanları tədricən açılır. Bu səbəbdən tərəflərin legitim hesab edəcəyi effektiv formatın yaradılmasına ehtiyac var".


Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Almaniya hökumətinin rəsmisi məlumat verib.
Mənbənin sözlərinə görə, Almaniya, Fransa və Böyük Britaniyanın daxil olduğu "Avropa üçlüyü"nün bu prosesdə aparıcı rol oynayacağı gözlənilir.


İndiyədək sülh danışıqlarında əsas tonu ABŞ təyin edir, Avropa isə prosesdən kənarda qalırdı. Lakin ABŞ Dövlət katibi Marko Rubio bu yaxınlarda danışıqların dalana dirəndiyini etiraf edərək, "Əgər bu işlə başqa biri məşğul olmaq istəyirsə, buyursun", - deyə bildirib. Almaniyalı rəsmi vurğulayır ki, Avropa sülh prosesində ABŞ ilə rəqabət aparmaq deyil, koordinasiyalı hərəkət etmək prinsipini rəhbər tutmalıdır.
Hökumət rəsmisi onu da əlavə edib ki, dialoq zamanı mövqeləri Ukrayna ilə tam razılaşdırmaq vacibdir. Cəbhədəki mövcud vəziyyətə əsasən, bu danışıqlar həftələr deyil, aylarla vaxt apara bilər.


Töhfə Səməd

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var