ABŞ və İsrail İranla qarşıdurmada hərbi məğlubiyyətə uğradılar və indi ölkəmizdə daxili nifaq salmaq kampaniyasına keçiblər.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Ali Lideri Müctəba Xamenei xalqa müraciətində bildirib.
Yazılı açıqlamasında Xamenei ABŞ-ın rəhbərlik etdiyi "təzyiq sistemi"nin güclü və müstəqil İranın mövcudluğuna dözə bilmədiyini qeyd edib. O, İsraili bu sistemin "saxta forpostu" adlandırıb.
"Hərbi uğursuzluğa və dərin rüsvayçılığa məruz qalan düşmən indi iki cəbhəyə diqqət yetirərək hibrid müharibə aparır: xalqın dözümlülüyü və məmurların səhv hesablamaları. Onların əsas vasitəsi şübhə, ümidsizlik, qorxu və bölünmə yaratmaqdır. Xalq arasında inamsızlığa, pessimizmə və ya ümidsizliyə səbəb olan hər hansı bir hərəkət bu ölkənin və onun xalqının düşmənlərinə bir növ köməkdir", - deyə Xamenei bildirib.
O, İran vətəndaşlarını bu cür hərəkətlərə təmkinli, ayıq və milli birliklə cavab verməyə çağırıb.