Modern.az

Çin Tayvan sahillərində xüsusi əməliyyata başladı

Çin Tayvan sahillərində xüsusi əməliyyata başladı

Dünya

Bu gün, 09:34

Çin Tayvanın şərqindəki akvatoriyada xüsusi dəniz əməliyyatına başladığını elan edib.

Modern.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu tədbirlər Yaponiya və Filippin arasında qeyd olunan regionda dəniz sərhədləri ilə bağlı məsləhətləşmələrin başlamasına reaksiya olub.

"[Çinin] Nəqliyyat Nazirliyi Tayvan adasının şərqindəki sularda dəniz gəmiçiliyi qaydalarına əməl olunmasını təmin etmək üzrə xüsusi əməliyyatın keçirilməsini təşkil edib... Bu, Yaponiya və Filippinin "dəniz sərhədinin delimitasiyası üzrə danışıqların" başlanması haqqında birtərəfli bəyanatına cavab olaraq atılan zəruri addımdır", - rəsmi bəyanatda qeyd edilib.

Sənəddə bildirilib ki, iki ölkə arasındakı sözügedən danışıqlar Çinin ərazi suverenliyinin, eləcə də dəniz hüquqları və maraqlarının pozulmasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən əhaliyə TƏCİLİ ÇAĞIRIŞ - Moskvadan çıxın!