Modern.az

Köçəryanın adamları saxlanıldı

Köçəryanın adamları saxlanıldı

Dünya

7 İyun 2026, 12:24

Gümrüdə bu səhər Samvel Karapetyanın "Güclü Ermənistan" müxalifət blokunun ofislərində axtarışlar aparılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hüquq müdafiəçisi Karapet Poqosyanın evində də istintaq hərəkətləri aparılır.

Məsələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Bundan başqa, Robert Köçəryanın "Ermənistan" blokunun qərargahı nümayəndələrinin saxlanılması barədə məlumat yayıb.

Qeyd edək ki, Ermənistanda bu gün parlament seçkiləri keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində