Ukraynanın “Enerqoatom” şirkəti Rusiyanı nüvə yanacağı anbarına pilotsuz uçuş aparatı ilə hücum etməkdə ittiham edib.
Modern.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, zərbə gecə saat 02:10-da endirilib.
Bildirilib ki, hücum nəticəsində konteynerlərin qəbul edildiyi bina qismən dağılıb. Həmin binada istifadə olunmuş nüvə yanacağı saxlanılmadığından radiasiya təhlükəsi yaranmayıb.
“Enerqoatom”un məlumatına görə, obyektin ərazisində radiasiya fonu normativ həddə qalır və hadisə nəticəsində xəsarət alan olmayıb.