Modern.az

Tehranda diqqətçəkən görüş: Pakistanın xüsusi mesajı çatdırıldı

Tehranda diqqətçəkən görüş: Pakistanın xüsusi mesajı çatdırıldı

Dünya

7 İyun 2026, 13:29

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi feldmarşal Asim Munirin xüsusi məktubunu İran tərəfinə çatdırıb.

Modern.az xəbər verir ki, İran və ABŞ arasında vasitəçilik təşəbbüsü çərçivəsində Tehrana səfər edən Nəqvi bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.

Görüş zamanı Pakistan ordusunun komandanı feldmarşal Asim Munirin İranın ali rəhbərinə ünvanladığı xüsusi məktub Abbas Əraqçiyə təqdim olunub.

Pakistanlı nazir ötən gecə İranın daxili işlər naziri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Tehrana səfərinin əsas məqsədi feldmarşal Asim Munir və Pakistanın baş naziri Şahbaz Şərifin mövcud vəziyyətlə bağlı məktubunu İranın ali rəhbəri Ayətullah Seyid Müctəba Xameneiyə çatdırmaqdır.

Möhsin Nəqvi sözügedən müraciətin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, proseslərin müsbət nəticələnəcəyinə ümid etdiyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kim dostdur, kim düşmən, kim sevgilidir, kim ailə, heç nə bilinmir