ABŞ Prezidenti Donald Tramp NBC News-un efirind' "Meet the Press" verilişinə verdiyi müsahibəni qəfil dayandırdıb və efiri tərk edib.
Modern.az xəbər verir ki, jurnalist Kristen Uelkerin seçkilərin saxtakarlaşdırılması ilə bağlı sualına Tramp "sübutunuz varmı"? cavabını verib.
Daha sonra ABŞ lideri "təşəkkür edirəm, əzizim"-deyə cavab verib və sonra müsahibəni tərk edib. Jurnalist izahat istədikdə, o dedi: "Mənim etməli olduğum tək şey izləməkdir". Uelker bunun sübut olmadığını qeyd etdikdə, söhbət qızışıb "Sən vicdansızsan və "Meet the Press"də vicdansızdır, eynilə ABC, CBS və CNN kimi - bütün bu birtərəfli, vicdansız şəbəkələr. Gəlin bunu bitirək, çünki bundan bezmişəm. Təşəkkür edirəm, əzizim." "Gününüz xoş keçsin". Ağ Ev hadisə ilə bağlı heç bir şərh verməyib.
Söhbət zamanı Tramp bir sıra mübahisəli açıqlamalar da verib.