Modern.az

MSK: Paşinyanın partiyası liderdir

MSK: Paşinyanın partiyası liderdir

Dünya

8 İyun 2026, 01:15

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Modern.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, 110 seçki məntəqəsindən daxil olan ilk nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 57,14 faizini toplayaraq liderlik edir. Partiyaya 11 min 73 seçici səs verib.

İlkin nəticələrə görə, iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku 21,43 faiz (4 min 152 səs) toplayıb.

Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku 8,21 faiz (1 590 səs), iş adamı Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası isə 5,1 faiz (988 səs) əldə edib.

Ermənistan MSK-nın məlumatına əsasən, seçkilərdə iştirak səviyyəsi 58,97 faiz təşkil edib.

Qeyd edək ki, bunlar yalnız 110 seçki məntəqəsindən daxil olan ilkin nəticələrdir və yekun göstəricilər sonrakı mərhələdə açıqlanacaq.

Sizə yeni x var
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi