Modern.az

İrana qarşı ilk dəfə sanksiya tətbiq edəcək

İrana qarşı ilk dəfə sanksiya tətbiq edəcək

Dünya

8 İyun 2026, 10:56

Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq dəniz naviqasiyası azadlığının pozulmasına görə İrana qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib.

Onun sözlərinə görə, görüşdə Yaxın Şərqdəki vəziyyət və Aİ-nin Qırmızı dənizdə həyata keçirdiyi Aspides dəniz əməliyyatı müzakirə olunacaq.

“Biz, əlbəttə ki, Yaxın Şərqdəki vəziyyəti və Aİ-nin Aspides əməliyyatını müzakirə edəcəyik. Bu gün həmçinin ilk dəfə olaraq dəniz naviqasiyası azadlığının pozulmasına görə İrana qarşı sanksiyalar tətbiq ediləcək”, - deyə Kallas vurğulayıb.

Sizə yeni x var
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab