Modern.az

ABŞ-də İngiltərə millisinin bazası yaxınlığında atışma olub

ABŞ-də İngiltərə millisinin bazası yaxınlığında atışma olub

Dünya

Bu gün, 11:19

ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində, futbol üzrə dünya çempionatı zamanı İngiltərə millisinin məşq edəcəyi bazanın yaxınlığında silahlı insident baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 6-da səhər saatlarında Trost prospektində, komandanın bazasından təxminən 10 dəqiqəlik məsafədə qeydə alınıb.

Atışma nəticəsində 9 nəfər xəsarət alıb. Yaralananlardan üç qadın xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Polis insidentlə bağlı heç bir şübhəlini saxlamayıb.

Reuters agentliyinin məlumatına görə, İngiltərə millisi hələ məşq bazasına gəlməyib.

Qeyd edək ki, futbol üzrə 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır