Modern.az

Paşinyan Konstitusiyanı təkbaşına dəyişə bilməyəcək - Eks-nazir AÇIQLADI

Paşinyan Konstitusiyanı təkbaşına dəyişə bilməyəcək - Eks-nazir AÇIQLADI

Dünya

Bu gün, 13:12

Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilmiş 7 iyun parlament seçkilərinin ilkin nəticələrinə münasibət bildirib.

Modern.az xəbər verir ki, Arpine Ovannisyanın sözlərinə görə, “Çiçəklənən Ermənistan” Partiyası 4%-lik seçki həddini keçməyib və parlamentə düşə bilməyib.

Buna görə də səs bölgüsü formuluna əsasən parlamentdəki yerlərin bölgüsü aşağıdakı kimi olacaq:


“Vətəndaş müqaviləsi” Partiyası - 64 yer;
“Güclü Ermənistan” bloku - 29 yer;
“Ermənistan” bloku - 12 yer

A.Ovannisyan qeyd edib ki, bu halda “Vətəndaş müqaviləsi” Partiyası hökuməti təkbaşına formalaşdıracaq və baş naziri seçmək imkanı olacaq. O, həmçinin qeyd edib ki, partiya parlamentin 3/5-dən ibarət səs çoxluğu alacaq ki, bu da ona Konstitusiya qanunlarını qəbul etməyə və bir sıra əsas vəzifələri təyin etməyə imkan verəcək.

Lakin “Vətəndaş müqaviləsi” Partiyasının qazandığı mandat sayı parlamentin ümumi tərkibinin 2/3 səsini təmin etmir, buna görə də Konstitusiyaya dəyişiklik üçün lazım olan çoxluğa sahib deyil. Başqa sözlə, “Vətəndaş müqaviləsi” Partiyasına Konstitusiyaya dəyişiklik etmək üçün 6 səs çatmır.

"Problem təkcə yerlərin hazırkı bölgüsü deyil, həm də deputatların siyasi mövqelərinin gələcəkdə nə dərəcədə saxlanılacağıdır", - deyə o əlavə edib.

Azərbaycanın tələbinə görə, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün bu ölkə Konstitusiyasına düzəlş etməli, müstəqillik aktına istinad ləğv olunmalıdır.

Ermənistan Konstitusiyasının 202-ci maddəsinə əsasən, konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedilməsi üçün parlamentdə azı 2/3 səs çoxluğu, indiki halda 70 mandat tələb edilir. Paşinyanın partiyası isə indiki halda 70 mandata sahib deyil və belə görünür ki, referendumun gerçəkləşməsi çətin olacaq.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır