Modern.az

Rusiya Krıma quru dəhlizi ilə yükdaşımaları dayandırıb

Rusiya Krıma quru dəhlizi ilə yükdaşımaları dayandırıb

Dünya

9 İyun 2026, 15:40

Rusiya hərbi rəhbərliyi Krıma aparan quru avtomobil dəhlizi ilə logistik yükdaşımaları məhdudlaşdırmaq qərarı verib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") məlumat verib.

Onun sözlərinə görə, qərar işğal altındakı ərazilərdən keçən Mariupol–Berdyansk–Melitopol–Simferopol marşrutunu əhatə edən "Novorossiya" magistralına şamil olunub.

Brovdi bildirib ki, Ukrayna qüvvələrinin uğurlu zərbələri nəticəsində bu marşrut üzrə yük axını 71 faiz azalıb. Bu səbəbdən Rusiya tərəfi Krımdakı hərbi qruplaşmanın təminatı üçün alternativ marşrutlardan istifadə etməyə məcbur olub.

Sizə yeni x var
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab