Modern.az

ABŞ qanadlı raketlərin istehsalına başlayır

ABŞ qanadlı raketlərin istehsalına başlayır

Dünya

9 İyun 2026, 00:05

ABŞ Silahlı Qüvvələri FAMM (Family of Affordable Mass Munitions) proqramı çərçivəsində ucuz qanadlı raketlərin seriyalı istehsalına başlamağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Kennet Uilsbax Senatda keçirilən dinləmələr zamanı bildirib.

“FAMM təşəbbüsü çərçivəsində hazırlanan raketlər bu ilin sentyabrında istehsala buraxılmaq üzrədir”, - deyə Uilsbax bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə və Avropada baş verən hadisələr göstərib ki, silahların kütləvi istehsalı və yüksək sürətlə istehsal imkanları böyük əhəmiyyət daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi