Modern.az

SEPAH İordaniyadakı ABŞ bazasını vurub

SEPAH İordaniyadakı ABŞ bazasını vurub

Dünya

Bu gün, 10:08

İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Amerikanın MQ-9 pilotsuz uçuş aparatının məhv edildiyini, həmçinin İordaniya ərazisində yerləşən ABŞ hərbi bazasına zərbələr endirildiyini bildirib.

Modern.az xəbər verir ki, SEPAH-ın 10 iyun tarixli bəyanatını “Tasnim” agentliyi yayıb.

Məlumatda deyilir:

“İran raketləri İordaniyadakı Muvaffaq Salti ABŞ hərbi bazasını vurub”.

Bazanın vurulmasının nəticələri barədə məlumat verilməyib. Bununla yanaşı, agentliyin paylaşdığı xəbərlərə görə, ABŞ hərbi obyekti Patriot hava hücumundan müdafiə sistemi ilə qorunurdu, lakin bu sistem İran zərbəsinin qarşısını ala bilməyib.

Məlumatda qeyd olunur:

“Amerikanın Patriot sistemi İordaniyadakı Muvaffaq Salti aviabazasını hədəf alan İran raketlərini zərərsizləşdirə bilməyib”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV