Modern.az

Araqçı ABŞ-a çağırış etdi: “Bölgəmizi tərk edin!”

Araqçı ABŞ-a çağırış etdi: “Bölgəmizi tərk edin!”

Dünya

Bu gün, 12:51

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ-ni Yaxın Şərq ölkələrindən öz hərbi qüvvələrini çıxarmağa çağırıb.

Modern.az xəbər verir ki, Abbas Araqçı bu haqda X sosial şəbəkəsində yazıb:

“Bizim silahlı qüvvələrimiz hər hansı hücum və ya təhdidi cavabsız qoymayacaq. Əgər təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin!”.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Hörmuz boğazı üzərində Amerika “Apache” helikopterinin vurulmasından sonra İrana zərbələr endirildiyini bildirmişdi. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərq regionundakı ABŞ bazalarına hücum edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV