İranın Ali Birgə Hərbi Komandanlığı ötən gün Hörmüz boğazının bağlandığını elan edib.
Modern.az xəbər verir ki, bu barədə İran hərbi dairələrinə istinadən məlumat yayılıb.
Məlumata görə, qadağa neft tankerləri və kommersiya gəmiləri də daxil olmaqla bütün dəniz nəqliyyatı vasitələrinə şamil edilir.
Açıqlamada bildirilib ki, boğazdan keçməyə cəhd edən istənilən gəmi hədəfə alınacaq.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin mühüm hissəsinin həyata keçirildiyi strateji dəniz marşrutlarından biri hesab olunur. Boğazın bağlanması qlobal enerji bazarlarına və beynəlxalq gəmiçiliyə ciddi təsir göstərə bilər.