ABŞ-ın birinci xanımı, keçmiş model, qüsursuz üslubu və təmkinli təbəssümü ilə tanınan Melaniya Trump haqqında, demək olar ki, hər kəs məlumatlıdır. Dünya mətbuatı Melaniya Tramp haqqında tez-tez yazır. Amma onun bacısı, Donald Trımpın balsızı haqqında isə çox az şey məlumdur. Xarizi mətbuat onun haqqında təəccüblü dərəcədə az şey bilir.
Modern.az-ın məlumatına görə, Melaniya Trumpın bacısı İnes ondan 2 yaş böyükdür
Bir vaxtlar onlar ayrılmaz idilər. Birlikdə gələcək haqqında xəyallar qururdular. Bu gün isə Melaniya dünya ictimaiyyətinin diqqət mərkəzindədir, İnes isə könüllü şəkildə bacısının kölgəsində qalmağı seçib.
Xarici KİV yazır ki, İnes Knauss artıq 20 ildən çoxdur ki, ictimaiyyətin diqqətindən uzaq durur. Görünür, bu onun şüurlu seçimidir. O, rəsmi tədbirlərdə iştirak etmir, müsahibələr vermir və diqqət mərkəzində olmağa çalışmır.
İnes sonuncu dəfə 2005-ci ildə, Melaniyanın toy mərasimində çəkilmiş ailə fotolarında görünmüşdü. Həmin vaxt o, bacısının yanında idi. O, sadəcə qonaq deyil, gəlinin rəfiqəsi rolunda çıxış edirdi.
Bundan sonra isə sanki yoxa çıxdı. Nə andiçmə mərasimlərində, nə də bütün ailənin kameraların diqqət mərkəzinə düşdüyü tədbirlərində İnes görünmədi.
Onun 58 yaşı var və uzun illər əvvəl yalnız nadir hallarda dedi-qodu və ictimai həyat xəbərləri dərc edən jurnalların səhifələrində görünürdü.
Melaniya və İnes Knauss uşaqlıqda ayrılmaz olublar və modaya olan sevgilərini doğma Sloveniyada uşaq geyimləri fabrikində çalışan analarından miras alıblar.
Bacılar birlikdə doğulduqları Sevnitsa şəhərini tərk edərək paytaxt Ljubljyanaya köçüblər. Orada orta məktəbdə oxuyub və moda dünyasında karyera qurmağı arzulayıblar.
Uğur qazanmaq istəyi onları daha sonra Milan şəhərinə aparıb. Burada Melaniya dərhal model agentliklərinin diqqətini cəlb edib və qısa müddətdə ilk iş təkliflərini alıb.
Onun bacısı İnes isə bu qədər şanslı olmayıb. Dizayner olmaq arzusu səmimi və güclü olsa da, bu xəyalını həyata keçirə bilməyib.
İnes Knauss bacısının ardınca Amerikaya köçərək onunla birlikdə Nyu-York şəhərində məskunlaşıb.
Hazırda o, Park Avenue üzərində yerləşən, təxmini dəyəri 1,5 milyon dollar olan dəbdəbəli mənzildə yaşayır və özünü incəsənət fəaliyyətinə həsr edib.
