Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Türkiyə ilə Ermənistan arasında dəmir yolu əlaqəsinin açılmasından danışıb.
Modern.az xəbər verir ki, Paşinyan bu gün hökumətin iclasında bildirib:
“Ümid edirik ki, Ermənistan–Türkiyə dəmir yolu mümkün qədər tez açılacaq”.
Onun sözlərinə görə, TRIPP layihəsinin həyata keçirilməsi regionun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Baş nazir həmçinin qeyd edib ki, son dövrlərdə Ermənistan yeni nəqliyyat imkanları əldə edib, çünki Axalkalaki–Qars dəmir yolu hər iki istiqaməti işlək vəziyyətdədir.
“Bu məsələ ilə bağlı Gürcüstanın baş naziri ilə danışmışam, o da təsdiqləyib ki, heç bir istiqamətdə problem olmayacaq. Mən həmçinin Türkiyə prezidentilə də danışmışam və o, bu marşrutların açıq olduğunu təsdiqləyib”, – deyə Paşinyan bildirib.