Modern.az

İran 408 məhbusu Əfqanıstana təhvil verdi

İran 408 məhbusu Əfqanıstana təhvil verdi

Dünya

11 İyun 2026, 15:53

İranda həbsdə olan 408 Əfqanıstan vətəndaşı cəzalarının qalan hissəsini çəkmələri üçün ölkələribə təhvil verilib.

Modern.az xəbər verir ki, bu barədə Əfqanıstan Həbsxanalar İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məhbuslar İran hakimiyyəti tərəfindən humanitar jest çərçivəsində qərbi Herat əyalətindəki İslam Qala sərhəd-keçid məntəqəsi vasitəsilə Əfqanıstana təhvil verilib.

Bildirilib ki, köçürülmə məhbusların vətənlərinə qayıtmaq istəkləri nəzərə alınmaqla həyata keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ruslardan 5 ölkəyə "HÜCUM": Siyahıda Azərbaycan da var