Modern.az

Belçikada ölənləri sayı rekord həddə çatdı

Belçikada ölənləri sayı rekord həddə çatdı

Dünya

Bu gün, 03:37

Belçikada müşahidə olunan anomal istilər 2000-ci ildən bəri ən yüksək ölüm göstəricisinin qeydə alınmasına səbəb olub.

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, istilər nəticəsində bu il 1747 nəfər ölüb.

Brüsseldə havanın temperaturu bir neçə gün ardıcıl 35 dərəcəyə, bəzi bölgələrdə isə 38-40 dərəcəyə çatıb. Güclü istilər səbəbindən bəzi yerlərdə iş saatları azaldılıb.

Sinoptiklər yaxın günlərdə Belçikada yeni isti hava dalğasının gözlənildiyini bildirirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...