Modern.az

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

Dünya

Bu gün, 02:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Navaf Salamı qəbul edib.

Modern.az xəbər verir ki, görüşdə Türkiyə ilə Livan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Görüşdə Ərdoğan Türkiyənin qardaş ölkə Livanla münasibətlərinə önəm verdiyini və bu kontekstdə diplomatik əlaqələrin gücləndirilməsinin faydalı olacağına inandığını bildirib.

Prezident Ərdoğan Türkiyənin Livanın təhlükəsizliyini təmin etmək üçün diplomatik səylərinin davam etdiyini və Türkiyənin Livanda təhlükəsizlik, sülh və sabitliyin bərqərar olması üçün humanitar yardım da daxil olmaqla bütün mümkün dəstəyi verməyə davam edəcəyini vurğuladı.

Prezident Ərdoğan Livan və Suriya arasında yaxşı qonşuluq münasibətlərinin inkişaf etdirilməsinin bölgə üçün faydalı olacağını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi