Modern.az

İsraildə Netanyahuya etimadsızlıq artır

İsraildə Netanyahuya etimadsızlıq artır

Dünya

Bu gün, 21:27

İsraillilərin 60 faizi Netanyahuya etibar etmir.

Modern.az xəbər verir ki, İsrailin "Channel 12" telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, ölkə vətəndaşlarının əksəriyyəti Baş nazir Benyamin Netanyahunun fəaliyyətinə etibar etmir.

Araşdırmaya görə, respondentlərin 60 faizi Netanyahuya etimad göstərmədiyini bildirib. Sorğuda iştirak edənlərin 38 faizi isə baş nazirə güvəndiyini deyib.

Sorğunun nəticələri göstərir ki, israillilərin təxminən üçdə ikisi hakim koalisiyanın qanunvericilik təşəbbüslərinin, o cümlədən ultraortodoks yəhudilərin hərbi xidmətdən yayınmasına imkan verən qanun layihələrinin növbəti parlament seçkilərində onların səsvermə qərarına təsir edəcəyini düşünür.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR