Modern.az

Amerika 7 İran hərbçisini öldürdü

Amerika 7 İran hərbçisini öldürdü

Dünya

15 İyul 2026, 21:34

İran ordusu ABŞ-nin raket zərbəsi nəticəsində 7 hərbçisinin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə İranın dövlət mediası hərbi qurumlara istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin İranın cənub-şərqində yerləşən Bampur şəhərindəki kazarmaya endirdiyi raket zərbəsi nəticəsində 7 hərbçi ölüb, daha 13 nəfər yaralanıb. İran ordusu bunu ABŞ-nin ölkənin quru qoşunlarına qarşı həyata keçirdiyi ilk birbaşa zərbə kimi qiymətləndirib. 

İran Silahlı Qüvvələri hadisəyə cavab veriləcəyini bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...