Modern.az

İsrail Qəzzada müdafiə səddi tikir - Atəşkəs razılaşması pozulur?

İsrail Qəzzada müdafiə səddi tikir - Atəşkəs razılaşması pozulur?

Dünya

21 İyul 2026, 14:06

İsrail Qəzza zolağında kilometrlərlə uzanan torpaq səddi inşa edir.

Modern.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələri "sarı xətt" adlandırılan ərazi boyunca müdafiə istehkamları qurur və burada yeni təhlükəsizlik zonası yaradır. İsrail ordusunun mətbuat xidmətinin açıqlamasına görə, bu sədd hərbçilərin və yaxınlıqdakı İsrail yaşayış məntəqələrinin qorunması məqsədilə tikilir.

Qeyd edilir ki, əvvəlcə "sarı xətt" adlanan ərazi müvəqqəti hesab olunurdu və atəşkəs razılaşmasından sonra İsrail qoşunlarını daha geri çəkməli idi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kim dostdur, kim düşmən, kim sevgilidir, kim ailə, heç nə bilinmir