Modern.az

Pakistanda ölənlərin sayı 47-yə çatdı

Pakistanda ölənlərin sayı 47-yə çatdı

Dünya

21 İyul 2026, 13:46

Pakistanda son 24 saat ərzində leysan yağışlarının törətdiyi hadisələr nəticəsində azı 9 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, iyunun 26-dan ölkədə davam edən musson yağışları nəticəsində ölənlərin ümumi sayı 47 nəfərə çatıb.

Yağış mövsümünün əvvəlindən indiyədək 123 nəfər xəsarət alıb, 178 yaşayış evi isə zədələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı