Modern.az

Türkiyə hərbçiləri daha 2 il qalacaq

Türkiyə hərbçiləri daha 2 il qalacaq

Dünya

Bu gün, 02:29

Türkiyə parlamenti silahlı qüvvələrin Ədən körfəzi, Somali ərazi sularında və Ərəbistan dənizində qalma müddətini daha 2 il müddətinə uzadıb.

Modern.az xəbər verir ki, Türkiyə hərbçiləri BMT və NATO-nun himayəsi altında xidmət edirlər.

Türkiyədən, xüsusilə də, Somalinin ərazi sularında təhlükəsizliyi təmin etmək istənilib.

Prezident Ərdoğanın parlamentə göndərdiyi təqdimatda Türkiyənin bölgədə gəmilərin təhlükəsizliyinin təmin edilməsində, silahlı soyğunçuluq və dəniz terrorizminə qarşı effektiv mübarizədə rolu vurğulanıb.

Parlament təqdimatı səsvermə yolu ilə təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR