Modern.az

Pentaqon rəhbəri: “Yer üzündə haranı vurmaq lazım olsa, bunu edə biləcək ABŞ ordusudur”

Pentaqon rəhbəri: “Yer üzündə haranı vurmaq lazım olsa, bunu edə biləcək ABŞ ordusudur”

Dünya

Bu gün, 01:21

ABŞ-nin müdafiə naziri Pit Heqset İranın “Pickaxe Mountain” (Kirka dağı) adlandırılan dağın altında yerləşdiyi iddia olunan obyektlərin məhv edilməsi ilə bağlı sualı cavablandırıb.

Modern.az xəbər verir ki, ABŞ Senatında keçirilən dinləmələr zamanı senator Pit Heqsetə “İrandakı Kirka (Pickaxe Mountain) dağının altında yerləşən hər şeyi məhv etmək imkanımız varmı?” sualı ünvanlanıb.

Nazir cavabında ABŞ ordusunun imkanlarının böyük hissəsinin məxfi olduğunu vurğulayıb.

“Bir çox imkanlarımız məxfidir, senator. Amma əgər dünyada Tanrının yaratdığı bu Yer üzündə istənilən nöqtəyə çata biləcək kimsə varsa, bu, ABŞ Silahlı Qüvvələridir”, – deyə Heqset bildirib.

Onun açıqlaması ABŞ-nin İranın dağlıq ərazilərində yerləşən və yüksək mühafizə olunan hərbi və nüvə obyektlərinə zərbə endirmək imkanları ilə bağlı müzakirələrin fonunda diqqət çəkib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR