Modern.az

Trampdan Netanyahunu həbs etmək istəyənlərə CAVAB

Trampdan Netanyahunu həbs etmək istəyənlərə CAVAB

Dünya

Bu gün, 00:41

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri zamanı onun həbs edilməsinə imkan verməyəcəyəm.

Modern.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Netanyahunun ölkə ərazisində təhlükəsizliyi federal hökumət tərəfindən təmin olunacq.

Buna cavab olaraq ABŞ siyasətçisi Zöhran Məmdani bildirib ki, Netanyahu onun səlahiyyətində olan əraziyə daxil olacağı təqdirdə, dərhal həbs olunması barədə göstəriş verəcək. O, bu mövqeyini Netanyahunu "müharibə cinayətkarı" hesab etməsi ilə əsaslandırıb.

Donald Tramp isə Məmdaniyə sərt reaksiya verərək qeyd edib ki, ABŞ federal dövlət quruluşuna malikdir və bu cür qərarlar ayrı-ayrı siyasətçilər tərəfindən qəbul edilə bilməz.

ABŞ Prezidenti əlavə edib ki, Netanyahunun həbsinə cəhd göstərən hər hansı şəxs ciddi hüquqi və siyasi nəticələrlə üzləşəcək, o cümlədən vəzifəsindən uzaqlaşdırılması da mümkün ola bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi