Modern.az

 İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik - Tramp

 İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik - Tramp

Dünya

Bu gün, 08:26

ABŞ Prezidenti Donald Tramp İranla münaqişəni "toqquşma" adlandıraraq Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib.

Modern.az xəbər verir ki, "Donald Tramp jurnalistlərə açıqlamasında deyib: "Biz bunu (İranla müharibəni – red.) toqquşma adlandırırıq. İranla aramızda sadəcə toqquşma var".

Onun sözlərinə görə, İran ağır zərbələr aldığı üçün razılaşma bağlamaq istəyir, lakin hələ buna hazır deyil.

"Onlar o qədər ağır zərbələr alırlar ki, razılaşma əldə etmək istəyirlər. Amma mən deyirəm ki, onlar hələ buna hazır deyillər.

Bizə boğazlar lazım deyil. Bizə heç nə lazım deyil. Hörmüz boğazına ehtiyacımız yoxdur. Amma İranın nüvə silahına sahib olmasına yol verə bilmərik", – Tramp vurğulayıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi