Bu ilin yanvar-may aylarında Azərbaycandan İran İslam Respublikasına 14,992 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 426 min ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 99 min kVt/saat və ya 0,7%, dəyər ifadəsi ilə isə 3 min ABŞ dolları, yaxud 0,7% artıb.
Eyni zamanda, 2026-cı ilin ilk beş ayında Azərbaycan İrandan 355 min ABŞ dolları dəyərində, 12,498 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26 min ABŞ dolları və ya 6,8% az, həcm ifadəsində isə 903 min kVt/saat və ya 6,7% azdır.
2026-cı ilin yanvar-may aylarında Azərbaycandan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İran İslam Respublikasına 12,513 milyon ABŞ dolları dəyərində 232,993 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 24,8 milyon ABŞ dolları və ya 3 dəfə, həcm baxımından isə 425,1 milyon kVt/saat və yaxud 2,8 dəfə azalıb.
Bundan başqa, bu ilin ilk beş ayında Azərbaycan sözügedən ölkələrdən 3,401 milyon ABŞ dolları dəyərində 71,059 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 1,4 milyon ABŞ dolları və ya 1,7 dəfə, həcm ifadəsində isə 15,9 milyon kVt/saat və ya 28,9% çoxdur.
(İqtisadiyyat)