Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiya paketi çərçivəsində uzaqmənzilli dronların istehsalı ilə məşğul olan şəxsləri və şirkətləri sanksiya siyahısına daxil edib.
Modern.az xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, paket çərçivəsində Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli fiziki və hüquqi şəxslərə qarşı ümumilikdə 56 fərdi sanksiya tətbiq olunub.
Sənəddə qeyd edilir ki, sanksiya siyahısına salınan 37 fiziki və hüquqi şəxs birbaşa uzaqmənzilli dronların istehsalı və onların təchizat zəncirində fəaliyyət göstərir. Bundan əlavə, yeni sanksiyalar paketi Rusiyanın hərbi potensialını gücləndirən və sanksiyalardan yayınmağa kömək edən qurumları da hədəf alır.