Modern.az

ABŞ İran tankeri vurub, ölənlər var

ABŞ İran tankeri vurub, ölənlər var

Dünya

25 İyul 2026, 04:31

BŞ-nin Oman körfəzində İran qazı daşıdığı ehtimal edilən tankeri raketlə vurduğu, nəticədə iki heyət üzvünün həlak olduğu bildirilir.

Modern.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumatlı mənbəyə istinadla xəbər yayıb.

Məlumata görə, ABŞ hərbçiləri cümə axşamı Oman körfəzindən hərəkət edən və mayeləşdirilmiş qazı daşıyan tankerə iki raket atıblar. Mənbənin iddiasına əsasən, ABŞ tərəfi gəminin İrana qarşı tətbiq edilən dəniz blokadasını pozduğundan şübhələnib.

Məlumata görə, raket zərbəsi nəticəsində tankerin iki heyət üzvü həlak olub.

Hadisə ilə bağlı ABŞ rəsmilərinin mövqeyi hələlik açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla sərhədə qoşun yığılır - ŞOK HAZIRLIQ BAŞLADI