Modern.az

Yeni doğulan körpəsi ilə şəkillərini paylaşdı 

Yeni doğulan körpəsi ilə şəkillərini paylaşdı 

Dünya

25 İyul 2026, 01:30

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens dördüncü övladının fotosunu paylaşıb.

Modern.az xəbər verir ki, amerikalı rəsmi “Instagram” hesabında ailə üzvləri ilə fotolarını izləyiciləri ilə bölüşüb.

Fotoda Vensin ən kiçik oğlu Alek Nil Vens də yer alıb.

Qeyd edək ki, Ceyms Devid Vens və onun həyat yoldaşı, hindəsilli amerikalı Uşa Çulukuri 2014-cü ildən evlidirlər. Onların Evan (2017) və Vivek (2020) adlı oğulları, həmçinin Mirabel (2021) adlı qızları var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?