Modern.az

İrandan Ermənistana qaz ixracının artırılması ilə bağlı TƏKLİF

İrandan Ermənistana qaz ixracının artırılması ilə bağlı TƏKLİF

Dünya

Bu gün, 00:57

İran Ermənistana təbii qaz ixracını artırmaq məqsədilə yeni kommersiya mexanizmi irəli sürüb.

Modern.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad və Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında keçirilən görüşdən sonra məlumat verilib.

Möhsün Paknejad bildirib ki, hazırda iki ölkə arasında enerji əməkdaşlığı "qaz müqabilində elektrik enerjisi" modeli əsasında davam edir. Bununla yanaşı, İran qaz tədarükünün həcmini genişləndirməyə imkan verəcək yeni kommersiya modeli təklif edib.

Nazir qeyd edib ki, tərəflər birgə işçi qrupunun yaradılması və onun fəaliyyətə qısa müddətdə başlaması barədə razılığa gəliblər. Məqsəd növbəti danışıqlar mərhələsinədək qiymətləndirilə biləcək konkret nəticələrin əldə olunmasıdır.

Görüş zamanı enerji sektorunda əməkdaşlığın gələcək perspektivləri də müzakirə edilib. Bunlara qarşılıqlı ticarət dövriyyəsinin artırılması, texniki və mühəndislik xidmətlərinin ixracı, neft emalı sahəsində imkanların yaradılması, eləcə də Ermənistana neft məhsullarının tədarükü məsələləri daxil olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr