Modern.az

ABŞ-də yanğın - 8 nəfər öldü

ABŞ-də yanğın - 8 nəfər öldü

Dünya

Bu gün, 00:21

ABŞ-nin Miçiqan ştatının Grand Haven Tovnşip qəsəbəsində baş verən yanğın faciə ilə nəticələnib.

Modern.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hadisə yerində yerləşən evdə 8 nəfərin meyiti tapılıb. Həlak olanlardan altısının 5-15 yaş arasında olan uşaqlar olduğu bildirilib.

İlkin araşdırmalar zamanı bəzi qurbanların bədənində güllə yaralarının aşkar edildiyi qeyd olunub.

Bu səbəbdən hüquq-mühafizə orqanları hadisəni yalnız yanğın kimi deyil, eyni zamanda şübhəli ölüm faktı kimi də araşdırırlar.

İstintaqın əsas ehtimallarından biri ailədaxili qətl və intihar versiyasıdır. Eyni zamanda, yanğının cinayətin izlərini ört-basdır etmək məqsədilə qəsdən törədilmiş ola biləcəyi də araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr