Modern.az

Kadırov çeçenləri Ukrayna ilə müharibədən YAYINDIRIR

Kadırov çeçenləri Ukrayna ilə müharibədən YAYINDIRIR

Dünya

Bu gün, 20:45

Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukraynadakı müharibəni açıq şəkildə dəstəkləsə də öz vətəndaşlarını cəbhə xəttinə göndərməyə tələsmir.

Modern.az xəbər verir ki, bu barədə "The Economist" məlumat yayıb.

Nəşr xatırladır ki, Kadırov daha əvvəl Çeçenistanın müharibəyə 70 880-dən çox döyüşçü göndərdiyini bildirmişdi. Bu, kişi əhalisinin 9 faizini təşkil edir və Rusiyanın bütün regionları arasında ən yüksək göstərici hesab olunur. İyulun 10-na olan məlumata əsasən, həlak olan çeçenlərin sayı cəmi 539 nəfər olub. Bu, Rusiyanın ümumi itkilərinin 0,2 faizinə bərabərdir. Halbuki Çeçenistan Rusiya əhalisinin 1,1 faizini təşkil edir.

“Moskvanın Ukraynada hansı maraqları olmasından asılı olmayaraq, bizim bu maraqlara heç bir aidiyyətimiz yoxdur”, - deyə Çeçenistan rəhbərliyi ilə sıx əlaqədə olan mənbələr yazır.

Qeyd olunur ki, Kadırov vəziyyəti çox yaxşı başa düşür və öz xalqını ruslar naminə qurban vermək istəmir. 

"The Economist" yazır ki, indiyədək Kadırov Çeçenistanda müharibəyə məcburi səfərbərliyin keçirilməsinin qarşısını faktiki olaraq ala bilib. Bu isə ona müharibədən öz xeyrinə istifadə etməyə və soydaşlarını qoruyan “millətin atası” imicini gücləndirməyə imkan verib.

“Axmat” döyüşçülərinin bir çoxu müharibədə iştirakından daha çox sosial şəbəkələrdəki fəallığı ilə tanınır. Onların döyüşlərdəki fəaliyyətlərinə dair görüntüləri əks etdirən videoların əksəriyyəti cəbhə xəttindən uzaqda aparılır. Hətta rusiyalı hərbi bloqerlər onları “TikTok qoşunları” adlandırırlar.

 

Sizə yeni x var
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...