Modern.az

Ermənistan parlamentində 9 komitənin sədri seçilib

Ermənistan parlamentində 9 komitənin sədri seçilib

Dünya

Bu gün, 21:08

Ermənistan parlamentində 12 daimi komissiyanın sədri vəzifəsinə namizədlərlə bağlı seçkilərin nəticələri açıqlanıb.

Modern.az “Armenpress”ə istinadən xəbər verir ki, səsvermənin nəticələrini Hesablayıcı Komissiyanın sədri Lilit Minasyan təqdim edib.

“Güclü Ermənistan” fraksiyasının maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Hayk Farmanyanın namizədliyinə 40 deputat səs verib, 61 deputat əleyhinə çıxıb. Qərar qəbul edilməyib.

“Güclü Ermənistan” fraksiyasının Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Areq Ovsepyanın namizədliyinə 40 deputat səs verib, 62 deputat əleyhinə çıxıb. Müvafiq olaraq, qərar qəbul edilməyib.

“Güclü Ermənistan” fraksiyasının ərazi idarəetməsi və ətraf mühitin mühafizəsi məsələləri üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Davit Qazinyanın namizədliyini 40 deputat dəstəkləyib, 62 deputat əleyhinə səs verib. Qərar qəbul edilməyib.

“Vətəndaş müqaviləsi” partiyasının regional və Avrasiya inteqrasiyası məsələləri üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Trdat Sarkisyanın namizədliyini 62 deputat dəstəkləyib, 29 deputat əleyhinə səs verib.

“Vətəndaş müqaviləsi” fraksiyasının əmək və sosial təminat məsələləri üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Nazeli Baqdasaryanın namizədliyi 62 deputat tərəfindən dəstəklənib, 29 deputat əleyhinə səs verib.

“Vətəndaş müqaviləsi” fraksiyasının təhsil, elm, mədəniyyət, idman və diaspora məsələləri üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Sisak Qabrielyanın namizədliyini 61 deputat dəstəkləyib, 2 deputat əleyhinə səs verib.

“Vətəndaş müqaviləsi” fraksiyasının xarici əlaqələr üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Sarqis Xandanyanın namizədliyini 62 deputat dəstəkləyib, 28 deputat əleyhinə səs verib.

“Vətəndaş müqaviləsi” fraksiyasının səhiyyə məsələləri üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Lusine Badalyanın namizədliyi 62 deputat tərəfindən dəstəklənib, 29 deputat əleyhinə səs verib.

“Vətəndaş müqaviləsi” fraksiyasının dövlət və hüquq məsələləri üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Arusyak Culhakyana 62 deputat səs verib, 29 deputat əleyhinə çıxıb.

“Vətəndaş müqaviləsi” fraksiyasının müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Vilen Qabrielyanın namizədliyini 62 deputat dəstəkləyib, 10 deputat əleyhinə səs verib.

“Vətəndaş müqaviləsi” fraksiyasının iqtisadi məsələlər üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Babken Tunyana 62 deputat səs verib, əleyhinə səs verən olmayıb.

“Ermənistan” fraksiyasının insan hüquqlarının müdafiəsi və ictimai fəaliyyət məsələləri üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd irəli sürdüyü Lilit Galstyana 54 deputat səs verib, 47 deputat isə əleyhinə çıxıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!