Modern.az

Miqrantları daşıyan qayıq aşıb, 14 nəfər ölüb

Miqrantları daşıyan qayıq aşıb, 14 nəfər ölüb

Dünya

23 Avqust 2026, 18:52

Aralıq dənizinin Tunis sahilləri yaxınlığında miqrantları daşıyan qayıq aşıb.

Modern.az xəbər verir ki, bu barədə  Tunis Sahil Mühafizəsinin rəsmi nümayəndəsi Hüsaməddin əl-Cbabli məlumat verib. Hadisə nəticəsində 14 nəfər ölüb.

Tunisin istintaq orqanları gəminin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmaya başlayıb. Sahil Mühafizəsinin nümayəndəsinin sözlərinə görə, vəziyyətə ölkə prezidenti şəxsən nəzarət edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı